Şirkət haqqında

IOTECH 2017-ci ildən müstəqil fəaliyyət göstərir. Nəqliyyatınızı və daşınan əmlakınızı GPS/Glonass sistemi ilə dəqiq və rahat izləməyə imkan veririk.

Navigator sistemi vasitəsilə nəqliyyatın və daşınan əmlakın hərəkətini, sürətini, qət etdiyi məsafəni, temperatur rejimini və digər çoxsaylı göstəriciləri online rejimdə izləyə bilərsiniz.

Sistemin əsas üstünlüyü yanacaq sərfiyyatı, yanacağın boşaldılması və nəqliyyatın məqsəddən kənar istifadəsi barədə hesabat təqdim etməsidir. Beləliklə, iş prosesinə və sürücünün fəaliyyətinə nəzarət edirsiniz.

Qısa müddət ərzində çoxsaylı əməkdaşlıq razılaşmaları imzalamış və müştərilərin etibarını qazanmışıq. Bu gün 2000-ə çatan nəqliyyat vasitəsi və daşınan əmlakda sistemimiz uğurla işləyir.

2017
Fəaliyyətə başladığımız il
20000+
Uğurla həyata keçirilmiş layihələr
Online
İzləmə rejimi




Nələri izləyə bilərsiniz?

Navigator sistemi vasitəsilə nəqliyyatın və daşınan əmlakın vəziyyətini online rejimdə görürsünüz.

Hərəkət
Nəqliyyatın harada olduğunu və hərəkətini izləyirsiniz.
Sürət və məsafə
Sürəti və qət edilən məsafəni dəqiq görürsünüz.
Temperatur rejimi
Daşınan yükün temperatur rejiminə nəzarət edirsiniz.
Digər göstəricilər
Çoxsaylı əlavə göstəriciləri bir paneldə izləyirsiniz.

Sistemin əsas üstünlüyü
Yanacaq xərcini və nəqliyyatdan istifadəni hesabatlar vasitəsilə nəzarətdə saxlayırsınız.
Yanacaq sərfiyyatı hesabatı
Yanacaq boşaldılmasının müəyyən edilməsi
Məqsəddən kənar istifadəyə nəzarət
İş prosesi və sürücü fəaliyyətinin izlənməsi

Iotech tarixcə

2017

İnformasiya sistemlərinin tətbiqi sahəsində (nəqliyyatın izlənməsi, GPS) fəaliyyət genişləndi və xidmət spektri artdı. Bunun nəticəsində IOTECH şirkəti təsis edildi.

Bu gün

Çoxsaylı əməkdaşlıq razılaşmaları imzalamış və müştərilərin etibarını qazanmışıq. 2000-ə çatan nəqliyyat vasitəsi və daşınan əmlakda GPS sistemi quraşdırılıb və uğurla işləyir.