2017-ci ildən etibarən isə müstəqil şəkildə fəaliyyət göstərən IOTECH şirkəti ən rahat və praktik istifadəyə malik GPS Glonass izləmə sistemini təqdim edir.
Bu naviqator sisteminin vasitəsi ilə siz tam dəqiqliklə nəqliyyatın və daşınan əmlakın hərəkətini, sürətini, keçdiyi məsafəni, temperatur rejimini və digər çoxsaylı göstəriciləri online rejimdə izləyə bilərsiniz.

Sistemin ən əsas üstünlüklərindən biri – yanacaq sərfiyyatı, yanacaq boşaldılması və nəqliyyatın məqsəddən kənar istifadəsi haqqında hesabat təqdim edərək iş prosesini və sürücünün fəaliyyətini nəzarət altında saxlamasıdır.
Belə qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq IOTECH artıq bir çox əməkdaşlıqlara imza atmış və müştərilərin etibarını qazanmış şirkətdir. Üç il ərzində şirkət tərəfindən sayı 2000-ə çatan nəqliyyat vasitələrinin və daşınan əmlakların daxilinə GPS sistemi quraşdırılmışdır və uğurla öz funksiyalarını yerinə yetirməkdə davam edir.
FMS az – Tarix
2017-ci ildə İnformasiya Sistemlərinin tətbiqi (Nəqliyyatın İzlənməsi Sistemi, GPS) sahəsində göstərilən fəaliyyətin genişlənməsi və xidmət spektrinin artırılması nəticəsində IOTECH şirkəti təsis edildi və bu sahədə göstərilən xidmətlər hal hazırda IOTECH şirkəti tərəfindən icra olunur.