Hər uğurlu IoT həlli düzgün planlaşdırma və biznes ehtiyaclarının dəqiq müəyyənləşdirilməsi ilə başlayır. Layihələndirmə mərhələsində müəssisənizin mövcud iş proseslərini, qarşılaşdığı çətinlikləri və avtomatlaşdırma imkanlarını təhlil edərək məqsədlərinizə uyğun texniki həll hazırlayırıq. Bu yanaşma layihənin ilkin mərhələdən etibarən düzgün istiqamətdə qurulmasına və resurslardan səmərəli istifadə edilməsinə imkan yaradır.
Layihənin tələblərinə uyğun olaraq sensorları, rabitə texnologiyalarını, şəbəkə infrastrukturunu və proqram platformasını müəyyənləşdiririk. Seçilən komponentlərin bir-biri ilə uyğunluğunu nəzərə alaraq məlumatların toplanması, ötürülməsi, emalı və idarə olunması proseslərini əhatə edən texniki arxitektura formalaşdırırıq.
Həllin tətbiqindən əvvəl pilot layihə vasitəsilə onun real iş şəraitində sınaqdan keçirilməsi və nəticələrinin qiymətləndirilməsi də nəzərdə tutula bilər. Bu, mümkün çətinlikləri əvvəlcədən müəyyən etməyə, texniki yanaşmanı təkmilləşdirməyə və layihənin effektivliyini qiymətləndirməyə kömək edir.
Bütün mərhələlər üzrə texniki tələbləri, büdcəni və icra müddətini nəzərə alaraq layihənin həyata keçirilməsi üçün plan hazırlayırıq. Nəticədə biznesinizin mövcud infrastrukturuna uyğun, genişləndirilə bilən və uzunmüddətli istifadəyə hesablanmış IoT həllinin qurulması üçün möhkəm təməl yaradırıq.
Nələri əhatə edir
Ehtiyac analizi
Mövcud proses və problemlərin öyrənilməsi.
Pilot layihə
Kiçik miqyasda sınaq və nəticənin ölçülməsi.
Texniki layihə
Sensor, şəbəkə və platforma seçimi.
Büdcə və müddət
Dəqiq smeta və icra planı.
