IOTECH 2017-ci ildən müstəqil fəaliyyət göstərir. Nəqliyyatınızı və daşınan əmlakınızı GPS/Glonass sistemi ilə dəqiq və rahat izləməyə imkan veririk.
Navigator sistemi vasitəsilə nəqliyyatın və daşınan əmlakın hərəkətini, sürətini, qət etdiyi məsafəni, temperatur rejimini və digər çoxsaylı göstəriciləri online rejimdə izləyə bilərsiniz.
Sistemin əsas üstünlüyü yanacaq sərfiyyatı, yanacağın boşaldılması və nəqliyyatın məqsəddən kənar istifadəsi barədə hesabat təqdim etməsidir. Beləliklə, iş prosesinə və sürücünün fəaliyyətinə nəzarət edirsiniz.
Qısa müddət ərzində çoxsaylı əməkdaşlıq razılaşmaları imzalamış və müştərilərin etibarını qazanmışıq. Bu gün 2000-ə çatan nəqliyyat vasitəsi və daşınan əmlakda sistemimiz uğurla işləyir.
Nələri izləyə bilərsiniz?
Navigator sistemi vasitəsilə nəqliyyatın və daşınan əmlakın vəziyyətini online rejimdə görürsünüz.
Iotech tarixcə
2017
İnformasiya sistemlərinin tətbiqi sahəsində (nəqliyyatın izlənməsi, GPS) fəaliyyət genişləndi və xidmət spektri artdı. Bunun nəticəsində IOTECH şirkəti təsis edildi.
Bu gün
Çoxsaylı əməkdaşlıq razılaşmaları imzalamış və müştərilərin etibarını qazanmışıq. 2000-ə çatan nəqliyyat vasitəsi və daşınan əmlakda GPS sistemi quraşdırılıb və uğurla işləyir.